Bu ilin yanvar-aprel aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azəripək” MMC
731 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə
703 min ABŞ dolları və yaxud
26,1 dəfə çoxdur.
Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel aylarında “Azəripək” MMC
28 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.
Pambıqəyirmə istehsalatının
3 növbəli iş rejimində illik istehsal gücü
3 min ton olan mahlıc emalı, baramadan xam ipəyi açan istehsalatın
1 növbəli iş rejimində illik istehsal gücü
500 ton olan yaş barama emalı, toxucu istehsalatının
1 növbəli iş rejimində illik istehsal gücü
50 min p/m olan ipək parça,
40 min p/m olan pambıq parça istehsalı, boyaq-bəzək istehsalatının 1 növbəli iş rejimində illik istehsal gücü əl üsulu ilə
10 min ədəd olan kəlağayı və
5 min ədəd olan şərf təşkil edir.
Müəssisənin istehsal etdiyi məhsullar əsasən Rusiya, Türkiyə və İrana ixrac olunur.
Bizi sosial mediada izləyin