“Azəripək” MMC-nin əməkdaşı "Made in Uzbekistan Textile" adı ilə keçirilən onlayn görüşdə iştirak edib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəripək” MMC-nin  əməkdaşı "Made in Uzbekistan Textile" adı ilə keçirilən onlayn B2B görüşdə  iştirak edib.
"Made in Uzbekistan Textile" onlayn B2B-nin təşkilatçıları Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi nəzdində İxracın Təşviqi Agentliyi, Özbəkistanın "Uztekstilprom" tekstil və tikiş-trikotaj sənayesi Assosiasiyası, həmçinin Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyidir.
Görüşdə iştirak edən “Azəripək” MMC-nin Marketinq və Biznesin İnkişafı üzrə şöbə müdiri Elvira Məmmədova iri ticarət şəbəkələrinin nümayəndələri və investorlarla görüşlər keçirib. Onlayn görüşlərdə Azərbaycan və Özbəkistan arasında tekstil sektorunda işgüzar dialoq perspektivlərinin müzakirəsi və xarici investorlar arasında əlaqələrin gurulması  ətrafında müzakirələr aparılıb.

Bizi sosial mediada izləyin

Copyright © 2021 "Azəripək"

Saytın hazırlanması: Brandsky