ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri “Azəripək” MMC-də olub




ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer Şəki şəhərinə səfər edib. Səfər zamanı Li Litzenberqer  “Azəripək” MMC-yə baş çəkərək,  buradakı istehsal prosesi ilə yaxından tanış olub. Qonaq müəssisənin baramadan xam ipək açan və boyaq-bəzək sexindəki iş prosesi, ümumilikdə  ipək istehsalı haqqında ətraflı məlumatlandırılıb. Daha sonra xalça sexində olan  səfir  Azərbaycan  mədəni  irsinin inciləri  sayılan  kəlağayı  və  ilmə  sənəti  ilə  tanışlığından  məmnunluq  və  heyranlıq hissi  duyduğunu bildirib.

Bizi sosial mediada izləyin

Copyright © 2021 "Azəripək"

Saytın hazırlanması: Brandsky