Balakənli kümçülər ipəkqurdunun ikinci bəslənməsindən 931,5 kiloqram yaş barama əldə ediblər


Bu il respublikamızın əsas baramaçılıq rayonlarında, o cümlədən Balakəndə ilk dəfə olaraq sınaq məqsədilə tut ipəkqurdunun ikinci bəslənməsi həyata keçirilib. Bu məqsədlə avqustun sonunda Balakən rayonu üzrə 32 kümçüyə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 80 qutu və ya 1520 qram ipəkqurdu paylanılıb.
Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ipəkqurdunun yemlənməsi prosesi başa çatıb və balakənli kümçülər indiyədək “Azəripək” MMC-yə 931,5 kiloqram yaş barama təhvil veriblər. Hazırda barama tədarükü davam edir.
Qeyd edək ki, baramaçılıq rayonlarında tut ipəkqurdunun ikinci bəslənməsinin həyata keçirilməsində əsas məqsəd ölkədə yaş barama istehsalının artırılması üçün əlavə ehtiyat mənbələri yaratmaqdır.

AZƏRTAC

Bizi sosial mediada izləyin

Copyright © 2021 "Azəripək"

Saytın hazırlanması: Brandsky