20 iyun 2023-cü il tarixində rəqəmsal transformasiyanın ticarət sahəsində yaratdığı geniş imkanlar və istifadəyə verilən müasir infrastruktura dair sahibkarların maarifləndirilməsi baxımından əhəmiyyət daşıyan “Rəqəmsal transformasiya və e-ticarət” adlı onlayn forum keçirilib. Rəqəmsal transformasiya və elektron ticarətin yaratdığı imkanlar, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi və ixracın təşviqi mövzusuna həsr olunan forum İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” internet portalı və Türkiyənin Rəqəmsal Ticarət Qovşağı olan “ODS Consulting Group” şirkəti ilə birgə təşkil edilib.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin İstehsal və əməliyyatlar departamentinin direktoru Mülayim Səfərov, Strateji inkişaf və kommersiya departamentinin direktoru Rüstəm Əkbərli, həmçinin Korporasiyanın törəmə müəssisəsi olan “Azəripək” MMC-nin Marketinq və biznesin inkişafı şöbəsinin müdiri Elvira Məmmədova da sözügedən tədbirə qatılaraq, Azərbaycan və Türkiyədə ticarət sahəsində rəqəmsal transformasiya, istehsalın məhsuldarlığıının artırılması, müştərilərlə münasibət və onlayn satışda rəqəmsal həllər, həmçinin süni intellektin e-ticarət əməliyyatında rolu və digər mövzularda təqdimatlarda iştirak ediblər.
Bizi sosial mediada izləyin